İdman

Mundiala aparılmayan alman futbolçu ağladı

16 May 2018 14:04
0 Şərh     Baxış: 1 311
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yoahim Löv ötən gün Almaniya yığma komandasının Rusiyada keçiriləcək dünya çempionatı üçün nəzərdə tutulmuş 27 nəfərlik ilkin heyətini açıqlamışdı. Siyahıya düşə bilməyənlərdən biri "Bavariya"nın hücumçusu Sandro Vaqnerdi.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, xəbəri eşidər-eşitməz məyus olan Vaqner "Bavariya"nın son məşqi zamanı göz yaşlarını saxlaya bilməyib. Komanda yoldaşları və baş məşqçi Yupp Haynkes onu sakitləşdiriblər.

Haynkes Yoahim Lövün qərarını başa düşmədiyini və Vaqnerin yığmaya çağrılmağa layiq olduğunu deyib.

Qeyd edək ki, Almaniya millisinin 27 nəfərlik siyahısında hücumçulardan Tomas Müller, Timo Verner, Leroy Sane, Mario Qomes və Nils Petersenin adları var.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.