İdman

“Arsenal”ın ilk transferi

16 May 2018 13:34
0 Şərh     Baxış: 956

Dortmund "Borussiya"sının müdafiəçisi Sokratis Papastatopulos karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, növbəti il müqaviləsi bitəcək yunanıstanlı futbolçu "Arsenal"a keçməyə yaxındı. O, London klubunun yeni mövsüm üçün ilk transferi olacaq.

Arsen Vengerin əvəzinə gələcək baş məşqçinin kimliyindən asılı olmayaraq, transferin reallaşacağı bildirilir. Sokratisin "topçular"a keçidi 20 milyon avro dəyərində qiymətləndirilir.

Qeyd edək ki, Sokratis Papastatopulos 2013-cü ildən bəri Dortmund "Borussiya"sında çıxış edir.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.