İdman

Neymar satılmır - PSJ söz verdi

16 May 2018 13:20
0 Şərh     Baxış: 1 058
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

PSJ-nin yeni baş məşqçisi Tomas Tuxel bazar günü Parisdə zədə sonrası bərpa prosesini tamamlamaq üzrə olan Neymarla bir araya gəlib. İkili görüş zamanı klubun gələcəyinə dair planları müzakirə ediblər.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, PSJ rəhbərliyi Neymarın satılmayacağına dair Tomas Tuxelə söz verib. Braziliyalı futbolçunun alman mütəxəssis üçün böyük önəm daşıdığı və bu səbəbdən, klubdan onun transferə çıxarılmayacağına dair zəmanət istədiyi bildirilir.

Qeyd edək ki, Parisə səfərini tamamlayan Tuxel fransız dili üzrə ikinci intensiv kursu tamamlamaq üçün Belçikaya yollanıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.