İdman

Premyer Liqaya iki namizəd

16 May 2018 10:39
0 Şərh     Baxış: 1 117
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İngiltərə Premyer Liqasına sonuncu vəsiqə uğrunda pley-off mərhələsinin yarımfinal raunduna yekun vurulub.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, bu oyunlardan sonra bir yerə iki namizəd qalıb.

"Aston Villa" "Midlsbro" ilə qolsuz heç-heçədən sonra finala yüksəlib. Birminhem təmsilçisi ilk görüşdə 1:0 hesabı ilə qalib gəlmişdi.

Digər cütdə "Fulhem" "Derbi"yə ilk oyundakı məğlubiyyətin (0:1) əvəzini çıxa bilib. Premyer Liqaya vəsiqə uğrunda görüşdə də "Aston Villa" ilə "Fulhem" üz-üzə gələcək.

Qeyd edək ki, final oyunu mayın 26-da "Uembli"də baş tutacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.