İdman

Millimiz Gürcüstanla üz-üzə

16 May 2018 09:59
0 Şərh     Baxış: 915
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün 20 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoldaşlıq oyunu keçirəcək.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, yığmamız Gürcüstandan olan həmyaşıdları ilə qarşılaşacaq.

Bu, Rəşad Sadıqovun yetirmələrinin may ayı üçün nəzərdə tutulan 3 yoxlama matçından birincisi olacaq. Komandamız üç gündü Bakının qonağı olan Gürcüstan millisini "Dalğa Arena"da qəbul edəcək.

Matç saat 19:00-da başlayacaq.

Qeyd edək ki, U-20 yığmamız mayın 24-də və 27-də eyni stadionda Makedoniyanın U-21 millisi ilə 2 yoxlama oyununda qüvvəsini sınayacaq.

Yoldaşlıq oyunu

16 may

19:00. Azərbaycan U-20 - Gürcüstan U-20

"Dalğa Arena" stadionu

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.