İdman

Sabiq futbolçu qəzada öldü

15 May 2018 22:59
0 Şərh     Baxış: 1 070

Futbol üzrə Trinidad və Tobaqo milli komandasının sabiq futbolçusu Cey-Lloyd Samuel 37 yaşında dünyasını dəyişib.

Milli.Az "Report"a istinadən bildirir ki, İngiltərədə yaşayan oyunçu avtomobil qəzasında vəfat edib. Onun idarə etdiyi "Cip" markalı avtomobil qarşı tərəfdən hərəkət edən maşınla toqquşub.

Qeyd edək ki, Cey-Lloyd Samuel İngiltərənin "Aston Villa", "Bolton" klublarında çıxış edib. O, 2015-ci ildə İranın "Peykan" klubunda karyerasını başa vurub.

Milli.Az

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.