İdman

Yoahim Lövün müqaviləsi yeniləndi

15 May 2018 20:30
0 Şərh     Baxış: 271

Almaniya Futbol İttifaqı milli komandanın baş məşqçisi Yoahim Lövün müqaviləsini yeniləyib

Milli.Az goal.az-a istinadən xəbər verir ki, yeni anlaşma 2022-ci ilə kimi nəzərdə tutulub. Əvvəlki sözləşmə 2020-ci ildə başa çatırdı. Onun köməkçiləri Tomas Şnayder və Andreas Köpkenin də müqaviləsi uzadılıb. Oliver Birhoff və Markus Zork isə 2024-cü ilə kimi müqaviləyə imza atıb.

Löv 2006-cı ildən Bundestimin baş məşqçisidir. Onun rəhbərliyi altında milli 2014-cü ilin dünya çempionu, 2017-ci il Konfederasiyalar Kubokunun sahibi olub.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.