İdman

¼ final mərhələsi: Favoritlər yarımfinalda, Eyyub Əfəndiyev yenidən bombardirlik taxtında - VİDEO - FOTO

15 May 2018 14:31
0 Şərh     Baxış: 404

12 may şənbə günü ABL Yaz Kuboku 2017/18 turnirinin ¼ final mərhələsi və prestij xalları uğrunda növbəti matçlar keçirilib.

"R.İ.S.K. Company" - "İteca Caspial LLC" 4-4 (pen. 1-3)

"İteca Caspian LLC" turnirin ən centlmen komandası olan "R.İ.S.K. Company" ilə matça fəal başlayıb və 2-0 önə keçməyi bacarıb. Lakin "R.İ.S.K. Company" qarşılıq verərək fasiləyə qədər hesabı bərabərləşdirə bilib, 3-3. İkincisi hissədə komandalar hərəyə bir qol vurublar və oyunun əsas vaxtı heç-heçə başa çatıb. Əlavə vaxtda komandalar qapılara yol tapa bilməyiblər və matçın qalibi penalti seriyası ilə müəyyən edilib. Penaltiləri daha dəqiq yerinə yetirən "İteca Caspian LLC" meydançadan qalib ayrılıb.

"Təhsil Nazirliyi" - "Smart Systems Technology" 2-4

Matç İslam İsmayılovun benefis matçı olub. Hesabı təhsil işçiləri açsa da, İslam İsmayılov əvvəlcə 2 qol vuraraq komandasını önə keçirib, hesab bərabərləşdirildikdən sonra isə daha iki qol vuraraq yekun nəticəni müəyyənləşdirib. Beləliklə, komandasının bütün qollarına imza atan İslam İsmayılov poker edib.

Günün ən maraqlı oyunları əlbəttə ki, ¼ final qarşılaşmaları olub.

"Təmiz Şəhər" - "Azersun" 0-5

Açıq-aşkar "Azərsun"un üstünlüyü ilə keçən qarşılaşmada əlamətdar hadisə Eyyub Əfəndiyevin dubl etməsi və bombardirlik yarışında İlham Babayevi arxada qoyaraq 24 qolla yenidən 1-ci yerə çıxması olub. Qarşılaşmada hesabı məhz o açaraq, turnirlərdəki 50-ci yubiley qolunu vurub. "Təmiz Şəhər" ilk hissədə nisbətən müqavimət göstərsə də, ikinci hissədə rəqibin qollarına mane ola bilməyib. "Azersun"un heyətində isə ən məhsuldar oyunçu 2 qol və 2 ötürmə ilə Eşqin Tağıyev olub.

"Az Logistika" - "Polat Yol" 2-5

"Az Logistika" qarşılaşmanın 1-ci hissəsini 2-1 öndə başa vurub. Lakin 2-ci hissədə "Polat Yol" 7 dəqiqə ərzində Mehman Eminovun və Müşviq Qənbərovun qollarıyla oyunun taleyini öz xeyrinə dəyişib. Mehman Eminov komandasının beş qolundan dördündə iştirak edib. O, özü het-trik etməklə yanaşı bir qolun da ötürməsini verib.

"Muğanbank" - "Universal" 2-4

"Muğanbank" Payız Kubokunun ¼ finalında məğlub olduğu "Universal"dan revanş ala bilməyib. Ötən mərhələdə "Azecolab"ı mübarizədən kənarlaşdıran "Universal" inamlı oyunuyla yarımfinala vəsiqə qazanıb. Matçda üç dubl qeydə alınıb. "Muğanbank"da Vasif Nəsirov, "Universal"da isə Cavid İsmayılov və 18 yaşlı Əsgər Hümbətov hərəyə iki qol vurublar.

"Gate Baku" - "Azergold" 0-0 (pen. 2-3)

Yaz Kubokunun sürpriz komandası olan "Azergold" addım-addım irəliləməkdə davam edib. Matçın əsas və əlavə vaxtlarında qol vurulmayıb və qalib penalti zərbələri ilə müəyyən edilib. "Azərgold" zərbələri daha dəqiq yerinə yetirərək 3-2 hesabı ilə qalib gəlib və yarımfinala çıxıb.

Beləliklə, yarımfinalda "Azersun" - "Polat Yol" və "Universal" - "Azergold" oyunları keçiriləcək. Bu komandalardan üçü - "Azərsun", "Universal" və "Polat Yol" ötən il də Payız Kubokunun yarımfinalında mübarizə aparıblar.

Pley-off mərhələsindən ən maraqlı görüntülər və müsahibələr cümə axşamı günü saat 00:00-da ATV telekanalının efirində yayımlanacaq.

Oyunların nəticələri və statistik göstəriciləri haqqında ətraflı məlumatı Biznes-liqanın rəsmi www.abl.az saytından ala bilərsiniz. 

İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az, Azernews.az

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

¼ final mərhələsi: Favoritlər yarımfinalda, Eyyub Əfəndiyev yenidən bombardirlik taxtınd

Məqaləyə dair fotomateriallar:

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.