İdman

UEFA-dan "Keşlə"yə “yaşıl işıq” - Avropada oynaya biləcək

15 May 2018 14:01
0 Şərh     Baxış: 978
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün AFFA-nın Lisenziya Komissiyasının iclası keçirilib.

Milli.Az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, iclasda 2018-2019-cu il mövsümündə UEFA-nın klub turnirlərində iştirak etmək üçün müraciət etmiş "Keşlə" PFK-nın sənədlərinə baxılıb.

AFFA "Keşlə" PFK-ya istisna yanaşmanın tətbiq olunması ilə bağlı UEFA-ya müraciət etmişdi. UEFA müraciətin baxılması üçün  prosesə başlayaraq həm AFFA, həm də "Keşlə" PFK tərəfindən müvafiq sənədlərin toplanmasını və vaxtında UEFA-ya təqdim olunmasını tələb etmişdi. Tələb olunmuş bütün sənədlər UEFA-ya qaydasında və vaxtında təqdim olunub və UEFA müraciəti müsbət cavablandırıb. Bu qərara əsasən, "Keşlə" PFK 2018-19-cu il mövsümündə UEFA lisenziyasını almaq hüququna malikdir.

AFFA-nın Lisenziya Komissiyası klubların lisenziyalaşdırılması üzrə qaydaların 8-ci maddəsinə əsaslanmış müzakirələrdən sonra UEFA-nın klub yarışlarında iştirak etmək üçün "Keşlə" PFK-ya lisenziya verilməsi qərarına gəlib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.