İdman

Ukrayna XİN başçısı vətəndaşları Rusiyada keçiriləcək dünya çempionatına getməməyə çağırıb

15 May 2018 13:56
0 Şərh     Baxış: 799
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ukraynanın xarici işlər naziri Pavlo Klimkin ölkə vətəndaşlarını Rusiyada keçiriləcək futbol üzrə dünya çempionatına getməməyə çağırıb.

Milli.Az report-a istinadən xəbər verir ki, XİN başçısı "Twitter" səhifəsində Rusiyada təxribatların mütləq olacağını, heç kimin təhlükəsizliyinin təmin olunmayacağını bildirib.

Qeyd edək ki, daha əvvəl Ukraynanın Dövlət Sərhəd Xidməti təhlükəsizlik səbəbləri ilə əlaqədar vətəndaşları Rusiyaya getməməyə çağırıb.

Bundan başqa, Ukrayna Futbol Federasiyası çempionatın final mərhələsini işıqlandırmaq üçün yerli jurnalistləri akkreditasiyadan keçirməkdən, eləcə də iyunun 14-dən iyulun 15-dək Rusiyanın 11 şəhərində keçiriləcək DÇ-2018 üçün bilet kvotasından imtina edib. 

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.