İdman

"Zirə" və "Səbail"in futbolçuları Ermənistan millisi ilə oyuna dəvət alıblar

15 May 2018 12:55
0 Şərh     Baxış: 911
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Futbol üzrə Moldova milli komandasının Konqo və Ermənistan yığmaları ilə yoldaşlıq görüşləri üçün ilkin heyəti açıqlanıb.

Milli.Az report-a istinadən xəbər verir ki, baş məşqçi Aleksandr Spiridon legionerlər siyahısına Azərbaycan Premyer Liqasında çıxış edən 2 futbolçunun adını daxil edib. Bunlar "Zirə" və "Səbail"in yarımmüdafiəçiləri Aleksandr Dedovla Yevgeni Koçukdur. Yekun heyət bir müddət sonra müəyyənləşəcək.

Qeyd edək ki, Konqo ilə görüş mayın 31-də, Ermənistanla qarşılaşma isə iyunun 4-də keçiriləcək. Hər iki oyun Avstriya toplanışı çərçivəsində gerçəkləşəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.