İdman

Super Liqanı tərk edəcək son klub da bəlli oldu

15 May 2018 10:27
0 Şərh     Baxış: 929
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Futbol üzrə Türkiyə Super Liqasını tərk edəcək üçüncü klubun da adına aydınlıq gəlib.

Milli.Az komanda.az-a istinadən xəbər verir ki, "Osmanlıspor" elita ilə vidalaşmaq məcburiyyətində qalıb. Buna Super Liqanın 33-cü turunda "Akhisarspor"un səfədə "Kayserispor"u 2:1 hesabıyla məğlub etməsi səbəb olub. Bu nəticədən sonra xal ehtiyatını 39-a çatdıran "Akhisarspor" elitada qalmağı təmin edib. Nəticədə 33 xalı olan "Osmanlıspor"un sona bir tur qalmış heç bir şansı qalmayıb.

Qeyd edək ki, "Osmanlıspor" üç mövsüm idi Super Liqada mübarizə aparırdı. Paytaxt klubundan öncə "Karabükspor"la "Gənclərbirliyi" TFF 1-ci liqaya düşmüşdü.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.