İdman

DÇ-2018: Braziliya millisinin yekun heyəti açıqlanıb

14 May 2018 23:05
0 Şərh     Baxış: 2 475
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Braziliya yığmasının baş məşqçisi Tite dünya çempionatına yollanacaq heyəti açıqlayıb.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, heyətə fevralda ciddi zədələnən mövsümün qalan hissəsini boşa verən Neymar da düşüb. Ümumilikdə isə fevralın 16-da açıqlanmış 15 oyunçuya daha 8 futbolçu əlavə olunaraq siyahı 23 nəfərə çatdırılıb.

Qapıçılar: Alisson ("Roma"), Ederson ("Mançester Siti"), Kasio ("Korintians")

Müdafiəçilər: Danilo ("Mançester Siti"), Faqner ("Korintians"), Markinyoş, Tiaqo Silva (hər ikisi PSJ), Miranda ("İnter"), Marselo ("Real"), Pedro Jeromel ("Qremio"), Filipe Luis ("Atletiko")

Yarımmüdafiəçilər: Kasemiro ("Real"), Paulinyo, Koutinyo (hər ikisi "Barselona"), Villian ("Çelsi"), Fernandinyo ("Mançester Siti"), Renato Auqusto ("Beyçzin Qoan"), Fred ("Şaxtyor")

Hücumçular: Neymar (PSJ), Qabriel Jezuş ("Mançester Siti"), Firmino ("Liverpul"), Duqlas Kosta ("Yuventus"), Tayson ("Şaxtyor")

Qeyd edək ki, Braziliya yığması dünya çempionatında Kosta-Rika, Serbiya və İsveçrə ilə bir qrupda yer alacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.