İdman

"Napoli" bir neçə rekord yeniləyib

14 May 2018 18:20
0 Şərh     Baxış: 701
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İtaliya A Seriyasının 37-ci turunda Sampdoria-nı 2:0 məğlub edən "Napoli" şəxsi rekordunu yeniləyib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, Neapol klubu turnirin tarixində ən çox - 88 xal toplayıb. Əvvəlki rekord ötən mövsüm toplanılan 86 xal idi. Eyni zamanda 88 xal A Seriyasımda 2-ci yeri tutan komanda üçün ən yaxşı nəticədir. Son olaraq Milan 2005/06 mövsümündə aktivinə bu qədər xal yazdırsa da, ikinci olmuşdu.

Sampdoria üzərində qələbə bu mövsüm "Napoli"nin 27-ci qalibiyyətidir. Bu statistika da klub tarixində ən yaxşı nəticədir. Öncəki rekord 2016/!7 mövsümdə qazanılan 26 qələbə idi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.