İdman

Misir millisinin dünya çempionatı üçün ilkin heyəti

14 May 2018 15:31
0 Şərh     Baxış: 1 528
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Misir millisinin baş məşqçisi Ektor Kuper Rusiyada keçiriləcək dünya çempionatı üçün komandanın ilkin heyətini açıqlayıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, siyahıda 29 futbolçu yer alıb. Onlardan 6-sı daha sonra ixtisar ediləcək.

İlkin heyətdə yer alan Əhməd əl-Şənavinin mundiala getməyəcəyi dəqiqdir. Misirli qapıçı zədəlidir.

Topuğunda problemlər yaşayan "Arsenal"ın yarımmüdafiəçisi Məhəmməd əl-Nenninin də turnirdə oynaması sual altındadır.

Misir millisinin ilkin heyəti:

Qapıçılar: Essam Əl-Hadari, Əhməd əl-Şənavi, Şərif Əkrəmi, Məhəmməd Auad

Müdafiəçilər: Əhməd Fəthi, Əhməd Əl-Məhəmmədi, Məhəmməd Abdel-Şafi, Əhməd Xeqazi, Əli Habr, Ömər Qaber, Saad Samir, Ayman Əşrəf, Kərim Hafiz, Amro Tarek, Məhmud Həmdi

Yarımmüdafiəçilər: Məhəmməd Əl-Nenni, Abdallah Said, Mahmud Fadlallah, Mahmud Həsən "Trezeqe", Ramadan Sübhi, Tarik Hamid, Abdel Əziz, Məhmud Abdel-Muneym "Kəhrəba", Amr Varda, Sem Mursi

Hücumçular: Məhəmməd Salah, Maruan Muhsin, Əhməd Həssən, Əhməd Qomaa

Misir dünya çempionatında A qrupunda mübarizə aparacaq. Onların rəqibləri Rusiya, Uruqvay və Səudiyyə Ərəbistanı olacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.