İdman

"Fənərbağça"dan ayrılacaq futbolçular müəyyənləşdi

14 May 2018 15:26
1 Şərh     Baxış: 1 627
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Fənərbağça"'da ciddi dəyişikliklər olacaq.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, komanda qapıçısı Volkan Dəmirəllə iki illik müqavilə imzalayacaq. Lakin bir çox futbolçuya qapı göstəriləcək. Qapıçı Karlos Kameni, Matye Valbuena, Maurisio İsla, Luiş Netu, Vinsent Yanssenlə yollar ayrılacaq. Keçmiş komandası Stiven Cerrardın baş məşqçisi olduğu "Reyncers"dən təklif alan Martin Şkrtel də İstanbul klubundan gedəcək. Yerli futbolçulardan Ozan Tufan klubdan ayrılacaq.

"Zenit"dən icarəyə götürülən Julianonun birdəfəlik transferi üçün qarşı tərəfə müraciət olunacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.