İdman
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Fazil Məmmədov Velosiped Federasiyasının prezidenti seçilib
25 Avqust 2011 20:49
Baxış: 2 254
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycan Respublikası Velosiped İdmanı Federasiyasının (ARVİF) konfransı keçirilib. AzərTAc xəbər verir ki, konfransda federasiyanın prezidenti Həsən Abdullayevin səhhəti ilə bağlı istefa ərizəsinə baxılmış və xahişi qəbul olunub.
Konfransda gənclər və idman naziri Azad Rəhimov çıxış edərək Azərbaycanda idmanın həmişə inkişafda olduğunu və ölkəmizin beynəlxalq yarışlara yüksək səviyyədə ev sahibliyi etdiyini bildirib. A.Rəhimov vurğulayıb ki, Azərbaycanın velosiped idmanı növündə böyük uğurları olmasa da, ölkə çempionatları, turnirlər və respublikanın müxtəlif rayonlarına yürüşlər təşkil olunur: "Çox sevindirici haldır ki, ölkəmizdə Velosiped İdmanı Məktəbi fəaliyyət göstərir və yeni idmançılar yetişir. Azərbaycanın bir idman ölkəsinə çevrilməsi üçün yalnız ənənəvi idman növlərinin inkişafına önəm verilməməlidir. Digər idman növlərinin də inkişafı ölkəmizin uğurlarının gələcəyindən xəbər verir".
Sonra ARVİF-in yeni prezidentinin seçilməsinə başlanıb. Vergilər naziri Fazil Məmmədov konfrans iştirakçıları tərəfindən yekdillikə federasiyanın yeni prezidenti seçilib.
F.Məmmədov göstərilən etimada görə konfrans iştirakçılarına öz təşəkkürünü bildirib. "Bu, mənim rəhbərlik edəcəyim ilk federasiya deyil. Hər bir federasiyanın öz xüsusiyyəti və ənənələri var. Çalışacağam ki, Azərbaycan velosipedçiləri digər idman növlərində qazanılan uğurların davamını gətirsinlər. Ölkəmizdə idmançılar üçün çox gözəl şərait yaradılmışdır. Bunun üçün Azərbaycan Prezidenti, Milli Olimpiya Komitəsinin rəhbəri İlham Əliyevə öz təşəkkürümü bildirirəm", - Velosiped Federasiyanın yeni prezidenti deyib.
Qeyd edək ki, Fazil Məmmədov ARVİF ilə yanaşı, Azərbaycan Güləş və Otüstü Xokkey federasiyalarının da prezidentidir.
Milli.Az

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
“Sabah” mənə 4 dəfə çox maaş təklif etdi” - Mikels
-
Metroda xüsusi rejim tətbiq olunacaq
-
117 yaşlı Kamile nənənin pensiyası kəsildi - (Foto)
-
Avtoxuliqanlığa görə cərimələr nə qədərdir?
-
Avqustda rəis təyin olunan Vüsal İbrahimov vəfat etdi
-
Röya gəlinləri və dostları ilə rəqsi diqqət çəkdi - (Video)
-
İşğaldan azad olunmuş bölgələr sürətlə inkişaf etdirilir - Kamaləddin Qafarov
-
2. Makronun hakimiyyəti çökür? - Fransada minlərlə insan saxlanıldı
-
79 yaşlı rus aktyor 3-cü arvadından da boşandı
-
Məleykə Abbaszadədən imtahan narazılıqlarına cavab
-
İlkin Çərkəzoğlu vəfat etdi
-
"Məsuliyyəti üzərinə götürəcək şəxslər var idi, amma Nəvai belə qərar verdi” - Vəkil
-
Qızılın qiyməti dəyişiklik - Son qiymət
-
Bakıda çıxarışsız evlərə sənəd almaq mümkün olacaq?
-
Nəzakət Məmmədova təcili əməliyyat olundu - (Video)
-
Astarada kişi evində faciəvi şəkildə öldü
-
“Kızılcık şerbeti”ndən çıxarıldı: "Çörəyimlə oynanıldı, Allaha həvalə edirəm"
-
Yasamalda yaşayanların diqqətinə
-
Azərbaycanın Qarabağ xalçası Peruda nümayiş etdirildi - (Video)
-
Bəzi şəxslər 20 il daha tez pensiyaya çıxa bilər - Kimlərdir?
-
Dünya bazarlarında neft bahalaşdı
-
“Trabzonspor” “Beşiktaş”a da qalib gəldi
-
Paytaxtın 12 küçəsində tıxac var
-
Qumralın səhhətində problem yarandı - Yataq görüntüsü müzakirə yaratdı - (Video)