İdman

Türkiyə Kubokunun sahibi "Qarabağ"ın keçmiş hücumçusu ilə maraqlanır

14 May 2018 20:56
0 Şərh     Baxış: 984
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Qarabağ" klubunun sabiq futbolçusu Raydell Pupon Türkiyənin "Akhisarspor" klubuna keçə bilər.

Milli.Az report-a istinadən xəbər verir ki, ölkə kubokunun sahibi mərkəz hücumçusu mövqeyinə hollandiyalı forvardı transfer etmək istəyir. 31 yaşlı hücumçu ilə yenidən Super Liqaya yüksələn "Ankaragücü" və "Rizespor" da maraqlanır.

Pupon 2 mövsümdür Türkiyə I Liqasında "Boluspor"un formasını geyinir. O, ilk mövsümündə 30 oyuna 16, bu mövsüm isə 36 matçda 20 qol vurub.

Qeyd edək ki, Raydell Pupon "Qarabağ"da 2015-2016 mövsümünün ilk yarısında forma geyinib. O, 15 oyuna 1 qol vurub. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.