İdman

"Ardanı mən də cəzalandıracam" - Klub rəhbəri

11 May 2018 13:54
3 Şərh     Baxış: 2 131
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Başakşəhər"in prezidenti Göksel Gümüşdağ komandanın yarımmüdafiəçisi Arda Turana verilən 16 oyunluq cəzaya münasibət bildirib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, klub rəhbəri cəzanın çox ağır olduğunu deyib. O, bununla yanaşı, Ardanın klub tərəfindən də cəzalanacağını açıqlayıb:

"Ardanın hakimə qarşı etdiyi hərəkəti klub prezidenti olaraq qəbul edə bilmirəm. Klub rəhbəri kimi mən də Ardaya cəza verəcəm. Amma verilən cəzalarla bağlı ikili standartların olduğunu görürük. Fərqli insanlarla bağlı fərqli qərarlar çıxarırlar. Bu qərarı heç bir şəkildə qəbul etməyəcəyik. Qərardan şikayət verəcəyik və cəzaya etirazımızı bildirəcəyik. Engin Baytar Cüneyt Çakırın boğazını tutub sıxdı, 8-9 matç cəza aldı. 

Amma Mossoro 2-ci "sarı"dan sonra qırmızı vərəqə alıb, 1 oyunluq cəza almalı olduğu halda, 5 matçlıq cəzaya layiq görülür. Mossoro onsuz da türkçə bilmir, söyüş söyə bilməz. Ardaya da 6-8 matçlıq cəza verilməsi lazım idi. Söyüş də, "sizi öldürmək lazım" demək də eyni şeydi, qəbul edilməzdir. Bu üzdən də hər iki səhvin cəzası 6-8 oyunluq cəza olmalı idi".

Qeyd edək ki, 31 yaşlı futbolçu yan xətt hakiminə hücuma görə 10, baş hakimi təhqir və ölümlə təhdid etdiyinə görə isə 6 oyun cəza alıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.