İdman

Yığmamız Avropa kubokuna 10 cüdoçu ilə qatılacaq

10 May 2018 13:04
0 Şərh     Baxış: 726
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Mayın 12-də Rusiyanın Orenburq şəhərində cüdo üzrə Avropa kuboku start götürəcək.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, 2 gün davam yarışda Azərbaycan millisi də iştirak edəcək.

Turnirdə ölkəmiz Mehman Sadıqov, Kəramət Hüseynov, Oruc Vəlizadə, Tofiq Məmmədov (hamısı 60 kq), İlkin Babazadə (66 kq), Telman Vəliyev (73 kq), Fəqan Quluzadə, Naim Hüseynov (hər ikisi 81 kq), Abdulhəqq Rəsullu (90 kq) və Cəlil Şükürovla (+100 ) təmsil olunacaq.

Avropa kubokuna ümumilikdə 16 ölkədən 217 kişi, 95 qadın cüdoçu qatılacaq. Bu idmançılardan 155-i (86 kişi, 69 qadın) Rusiyaya məxsusdu.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.