İdman

Kiyevdə böyük final: Otellərin qiyməti kəllə-çarxa qalxdı

3 May 2018 21:47
0 Şərh     Baxış: 1 311
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çempionlar Liqasının finalı günü  Kiyevdə ən bahalı otel nömrəsinin gecəsi 8 min avro olacaq.

Milli.Az oxu.az-a istinadən bildirir ki,ukraynalı jurnalist Vasiliy Konov öz "Twitter" səhifəsində ən bahalı otel nömrələrinin skrinşotlarını paylaşıb.

Jurnalist eyni zamanda britaniyalı həmkarından əldə etdiyi fotoşəkilləri dərc edib. Həmin şəkillərə görə, Avropanın ən mötəbər futbol turnirinin finalı ilə əlaqədar Kiyevdəki otel qiymətləri 1700 - 11,000 avro arasında dəyişəcək.

Qeyd edək ki, ÇL-nın finalı mayın 26-da Kiyevin "Olimpiya" stadionda keçiriləcək. Həlledici matçda İngiltərənin "Liverpul" klubu Madridin "Real" klubu ilə üz-üzə gələcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.