İdman

AÇ: Son 5 cəhd

28 Aprel 2018 12:03
0 Şərh     Baxış: 826
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İsrailin paytaxtı Təl-Əvivdə cüdo üzrə Avropa çempionatı bu gün başa çatacaq.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, yarışın sonuncu günündə Azərbaycan millisinin 5 üzvü mübarizəyə qoşulacaq.

Avropa çempionatı

Kişilər

90 kq
İlk görüşdən azad olan Məmmədəli Mehdiyev (90 kq) 1/16 finalda Davis Duda (Latviya) - Noel Van T End (Hollandiya) cütünün qalibini gözləyir.

100 kq
Yığmamızın lideri Elxan Məmmədovun da ilk görüşü 1/16 finala təsadüf edəcək. O, slovakiyalı Matey Hayasla üz-üzə gələcək.

Zelim Kotsoyevin də 1/8 finala gedən yolda rəqibi slovakiyalı olacaq. Təmsilçimiz Milan Randlla qarşılaşacaq.

+100 kq
Millimizin ən ağır çəkili cüdoçusu Uşanqi Kokauri 1/16 finalda rusiyalı Tamerlan Basayevlə güləşəcək.

Qadınlar

+78 kq
Komandamızın Avropa çempionatındakı son qadın cüdoçusu İrina Kindzerska 1/8 finalda rusiyalı Ksenya Çibişovanı sınağa çəkəcək.

Qeyd edək ki, yığmamızın aktivində hələlik 1 gümüş medal var. Həmyerlilərimizdən Hidayət Heydərov fəxri kürsüdə yer alıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.