İdman

"Doğum günündə qələbə ən yaxşı hədiyyə olardı" - Rauf Məmmədov

26 Aprel 2018 22:47
0 Şərh     Baxış: 617
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Vüqar Həşimovun xatirəsinə həsr olunan "ShamkirChess 2018" superturnirində VII tur sona yaxınlaşır.

Milli.Az "Report"a istinadən bildirir ki, Azərbaycan şahmatçısı Rauf Məmmədov Hollandiya təmsilçisi Aniş Giriylə heç-heçə oynayıb.

Partiyadan sonra Aniş Giri nəticənin oyuna görə olduğunu deyib:

"Əslində üstünlük qazanmışdım. Hədəf qələbə olduğu üçün sona qədər oynamaq istəyirdim. Rauf çox diqqətli olduğu üçün vəziyyət dəyişmədi. Ona görə heç-heçə qaçılmaz oldu. Bu nəticənin rəqibin ad günü olmasıyla əlaqəsi yoxdur. Təəssüf ki, qələbə qazana bilmədim. Qalib gəlsəydim turnir cədvəlində vəziyyətim yaxşılaşacaqdı".

Azərbaycan şahmatçısı Rauf Məmmədov isə doğum günündə qələbə qazanmaq istədiyini bildirib:

"Doğum günündə qələbə ən yaxşı hədiyyə olardı. Ardıcıl 7 tur heç-heçə etmişəm. Nəhayət qələbə qazanmaq istəyirdim. Təəssüf alınmadı. Ad günündə təbrik edən dostlara təşəkkür edirəm. Üç il əvvəl ad günümdə Şəmkirdə Maqnus Karlsenə uduzmuşdum. 14 il əvvəl Anton Korobova qalib gəldim, vaxtı başa çatdığı üçün məğlub oldu. Bu gün isə Aniş üstünlük qazansa da, davam etdirə bilmədi. Sonda heç-heçə qeydə alındı. Fikrimcə doğum günündə baş verənlər həmişə insana təsir edir. Xoş hadisələr sevindirir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.