İdman

"Formula 1" üzrə Azərbaycan qran-prisi başlayır - VİDEO

26 Aprel 2018 21:06
0 Şərh     Baxış: 792
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Formula 1" üzrə növbəti Azərbaycan qran-prisinin başlamasına artıq sayılı saatlar qalıb.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, dünyanın müxtəlif yerlərindən minlərlə insan sırf bu yarışı izləmək üçün paytaxt Bakıya üz tutur. Yerlərin böyük bir qisminə biletlər isə artıq satılıb.

Ötən yarışlarda olduğu kimi, bu dəfə də izləyiciləri bir-birindən maraqlı şoular gözləyir. Tamaşaçılar adrenalin dolu yarışla yanaşı, dünya ulduzlarının musiqilərindən də zövq ala biləcəklər.

Əvvəlki yarışlarda olduğu kimi, bu dəfə də evinin eyvanı yarış zolağını görən ev sahibləri eyvan icarəsinə başlayıblar. Onlar müxtəlif saytlara elanlar yerləşdirərək, yarışı izləmək istəyənlərə öz eyvanlarının icarəsini təklif edirlər.

Eyvanı yarış zolağını görən üçotaqlı evlərin gündəlik kirayəsi adi günlərdə 50-60 manatdan başlayırsa, "Formula 1" oyunları zamanı bu evlər günü 100-120 manatdan təklif edilir.

"Formula 1" əməliyyat komitəsinin sözçüsü Nigar Arpadarai bildirir ki, belə eyvanların sakinlər tərəfindən icarəyə verilməsində heç bir qadağa yoxdur. Sadəcə ev sahibləri hər hansı yad əşyanın oyun zolağına atılmamasına diqqət etməlidirlər. Əks halda bu şəxslər məsuliyyətə cəlb ediləcəklər.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.