İdman

Daniel Rikardo: "İnanıram ki, çempion ola bilərəm, amma..." - FOTO

26 Aprel 2018 16:57
Baxış: 674
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün Bakıda Formula 1 üzrə Azərbaycan Qran Prisi çərçivəsində "Red Bull" pilotu Daniel Rikardo, "Reno"dan Niko Hülkenberq və "Haas"dan Kevin Maqnussenin birgə mətbuat konfransı keçirilib.

Milli.Az xəbər verir ki, mətbuat konfransında diqqət daha çox ötənilki Bakı yürüşünün və builki son, Çin Qran Prisinin qalibi Daniel Rikardoya olub. 

O deyib ki, Bakıya xoş xatirələrlə geri gəlib: "Well done Baku. Mənim ötənilki Bakı yürüşündən əla xatirələrim qalıb. Biz ötən il uğur qazandığımız trekə qayıdırıq. Öz gücümə əminliyə gəlincə, bu ötən dəfə qalib gəlib-gəlməyindən asılı deyil. Pilot hər bir yarışa uğur qazanacağı inamı ilə gəlir. Amma mən Bakıya xoş xatirələrlə gəlmişəm və bu əladır. 

Bu il Bəhreyn Qran Prisindəki nəticələrdən məyus olduğunu bildirən pilot qeyd edib ki, elə ilk dövrədəcə yarışı tərk etmək çox ağırdır: "Amma 3 həftə sonra mənim Çində şansım yarandı. Mən təsnifat yarışını həmişə qabaqcıllar arasında bitirmək istəyərdim, amma iş elə gətirir ki, mən yarışda qələbələri həmişə sıçrayışlar etməklə qazanıram. Təsnifatda öndə olanda yarışda da imkanlar çoxalır. Çində bir az ötən Bakıda olduğu kimi alındı". 

"Red Bull" pilotu başqa komandaya keçid ehtimalı ilə bağlı sualı da cavablandırıb: "Mən şansım olacağını hiss etmədiyim komandaya heç vaxt keçmərəm. Komandada pilotlar arasında aydınlıq olmalıdır. "Red Bull"da bu var. Mən inanıram ki, çempion ola bilərəm, amma bunun üçün mövsümdə bir dəfə yox, daha tez-tez qalib gəlmək lazımdır. Mənim üçün maliyyə məsələləri çempionluqdan daha arxa planda durur. Mən "Red Bull"la müqavilə barəsində danışmışam. Yaya kimi gözləyəcəm. Mənim gələn il müqaviləsiz qalacağıma və ya mütləq sabah müqavilə imzalamalı olduğuma dair narahatlığım yoxdur. Əgər yaya kimi bir şey baş verməsə, o zaman "B" planı barədə düşünmək olar"

İlkin İzzət
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.