İdman

Boatenqin zədəsi kifayət qədər ciddi çıxdı

26 Aprel 2018 19:30
1 Şərh     Baxış: 667
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Almaniya millisinin üzvü Jerom Boatenq qarşıdakı dünya çempionatını buraxmaq təhlükəsi ilə üzləşib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, 29 yaşlı müdafiəçi Çempionlar Liqasının yarımfinal mərhələsində keçirilən "Bayern Münhen" - "Real" matçında (1:2) zədələnib.

Tibbi müayinə onun əzələsində problem olduğunu göstərib. Təxminin bərpa müddəti 6 həftədir. Boatenqin "Real"la cavab görüşünü və Almaniya kubokunun finalını buraxacağı dəqiqdir. Ehtimal var ki, futbolçu mundiala qədər lazımi forma yığa bilməyəcək. Boatenq əvvəlki uzunmüddətli zədəsini 1 ay öncə sağaltmışdı. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.