İdman

Türkiyə Avropa çempionatını keçirməyə namizəd oldu

26 Aprel 2018 18:30
0 Şərh     Baxış: 671
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyə Futbol Federasiyası 2024-cü il Avropa çempionatına ev sahibliyi üçün namizədliyini verib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, Türkiyə Futbol Federasiyasının prezidenti Yıldırım Demirören lazımi sənədləri UEFA-nın baş katibi Teodor Teodoridisə təqdim edib. Türkiyə rəsmi müraciəti 2 mart 2017-ci ildə etmişdi. Əsas rəqib turnirin keçirilməsinə iddialı Almaniyadır. Avropa çempionatının ev sahibi sentyabrın 27-də UEFA İcraiyyə Komitəsinin toplantısında müəyyənləşəcək.

"Ardıcıl 4-cü dəfə turniri təşkil etmək üçün namizədliyini verən ölkəmizə inanılmaz dövlət dəstəyi var. Əlavə və innovativ yönlü olmaqla bütün növ zəmanətlər verilir ki, bu da Avropa çempionatının maliyyə uğurunu təmin edəcək" - federasiya prezidenti Demirörün qeyd edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.