İdman

Çempionlar Liqası: “Real”dan əzmkar qələbə - VİDEO - FOTO

26 Aprel 2018 07:07
39 Şərh     Baxış: 2 609
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çempionlar Liqasında yarımfinal mərhələsinin ilk oyunlarına yekun vurulub.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, ikinci oyun gününün yeganə qarşılaşması Münhendə keçirilib.

Avrokuoklarda ən çox üz-üzə gələn iki komanda - "Bavariya" və "Real" Almaniya təmsilçisinin meydanında qarşılaşıb. Bundesliqa klubu qarşılaşmada hesabı açmağa müvəffəq olsa da, üstünlüyünü qoruya bilməyib.

Belə ki, Kimmixin qoluna İspaniya nəhəngi iki topla cavab verib. İlk yarıda Marselo bərabərlik qoluna imza atıbsa, fasilədən sonra Asensio "Kral klubu"na qələbə qazandıran topun müəllifi olub.

Çempionlar Liqası

Yarımfinal (ilk oyunlar)

25 aprel

"Bavariya" (Almaniya) - "Real" (İspaniya) - 1:2

Qollar: Kimmix, 28 - Marselo, 44, Asensio, 57

Baş hakim: Byörn Kuypers (Hollandiya)

Münhen, "Alyans Arena"

"Bavariya": Ulrayx, Rafinya, Boatenq, Hummels, Kimmix, Xavi Martines, Hames Rodriges, Müller, Robben, Levandovski, Riberi

"Real": Navas, Karvaxal, Ramos, Varan, Ronaldo, Kroos, Modriç, Marselo, Kazemiro, Vaskes, İsko

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Бавария - Реал Мадрид 1-2

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.