İdman

"Fənərbağça" - "Beşiktaş" matçı ilə bağlı qərar verildi

25 Aprel 2018 16:53
0 Şərh     Baxış: 2 312
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyə kubokunun yarımfinalında keçirilən "Fənərbağça" - "Beşiktaş" cavab oyunu ilə bağlı yekun qərar açıqlanıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, yarımçıq dayandırılan oyun qaldığı yerdən - 57-ci dəqiqədən azarkeşsiz oynanılacaq. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Rəsmi məlumat, qısa müddətdə TFF-nin saytında yerləşdiriləcək.

Qeyd edək ki, "Fənərbağça" - "Beşiktaş" görüşünün 56-cı dəqiqəsində hesab 0:0 ikən "Beşiktaş"ın ehtiyat qapıçısı Tolga Zenginlə "Fənərbağça"lı azarkeşlər arasında mübahisə düşüb. Bu zaman "qara qartallar"ın baş məşqçisi Şenol Günəş vəziyyəti sakitləşdirməyə çalışıb. Həmin vaxt onun başına tribunadan yad əşya atılıb. Bundan sonra meydandan kənarda gərginlik yaşanıb. Baş verənlərə görə "Beşiktaş"ın baş məşqçisi və futbolçular paltardəyişmə otağına gedib. Bundan sonra görüşün baş hakimi Mete Kalkavan oyunu yarımçıq dayandırıb və paltardəyişmə otağına gedib. Hakim briqadası baş verənlərə görə görüşün təxirə salınmasına qərar verib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.