İdman

Stroll: Bakı təkcə gözəl trasdan ibarət deyil, həm də maraqlıdır

24 Aprel 2018 16:41
0 Şərh     Baxış: 958
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakı təkcə gözəl trasdan ibarət deyil, şəhər həm də öz-özlüyündə maraqlıdır.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Azərbaycan Qran-prisi barədə təəssüratları bölüşərkən "Williams" Formula-1 komandasının kanadalı pilotu Lens Stroll deyib.

O bildirib ki, Bakı ilə bağlı gözəl xatirələri var: "Mən keçən il burada ilk dəfə fəxri kürsüyə çıxdım. Belə xatirələr isə unudulmur".

Strollun sözlərinə görə, ötən ilə qədər Bakıda olmamışdı və hər şey onun üçün təzə idi: "Tras pilotaj baxımından çox cəlbedicidir, uzundur, texniki dairələr var. Küçədə tras qurulduğu üçün səhv etmək mümkün deyil".

Azərbaycan Qran-Prisi 2018-ci il aprelin 27-dən 29-dək keçiriləcək. Yarışlar qədim İçərişəhər, şəhərin müasir hissəsinin siluetləri və Xəzər dənizinin sahili mənzərəsi fonunda keçiriləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.