İdman

Çempionlar Liqası: Yarımfinal 7 qolla başladı - YENİLƏNİB - VİDEO - FOTO

25 Aprel 2018 06:31
9 Şərh     Baxış: 9 625
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

25.04.2018
06:31

Çempionlar Liqasında (ÇL) yarımfinal həyəcanına start verilib. Milli.Az apasport.az-a istinadən xəbər verir ki, bu gün mərhələnin ilk oyunu keçirilib.

Sürpriz şəkildə yarımfinala qədər irəliləyən "Liverpul"la "Roma" final yolunda ilk duelə çıxıb. Öncəki mərhələdə müvafiq olaraq turnirin favoritləri "Mançester Siti" və "Barselona"nı yarışdan kənarlaşdıran komandaların mübarizəsi bol qollu olub. Meydan sahibləri 5:2 hesablı qələbəyə seviniblər.

"Qırmızılar"ın qol "silahı" Məhəmməd Salah sabiq klubuna qarşı 2 qol, 2 məhsuldar ötürmə ilə çıxış edib. "Liverpul"dan Firimino da 2 dəfə fərqlənib. "Roma"nın qollarını isə Ceko və Perotti vurub.

Çempionlar Liqası

Yarımfinal (ilk oyun)

24 aprel

"Liverpul" (İngiltərə) - "Roma" (İtaliya) - 5:2

Qollar: Salah, 36, 45, Mane, 56, Firimino, 61, 69 - Ceko, 81, Perotti, 85 (pen.)

Baş hakim: Feliks Brix (Almaniya)

Liverpul, "Enfild Roud" stadionu

"Liverpul": Karius, Aleksander-Arnold, Lovren, Van Diyk, Robertson, Oksleyd-Çemberleyn, Henderson, Milner, Salah, Firmino, Mane

"Roma": Alisson, Fazio, Manolas, Jesus, Florenzi, De Rossi, Strootman, Kolarov, Naynqolan, Cengiz, Ceko

-----------------

24.04.2018

23:49

Çempionlar Liqası

Yarımfinal (ilk oyun)

24 aprel

"Liverpul" (İngiltərə) - "Roma" (İtaliya) - 2:0

Qollar: Salah, 36, 45

Baş hakim: Feliks Brix (Almaniya)

Liverpul, "Enfild Roud" stadionu

"Liverpul": Karius, Aleksander-Arnold, Lovren, Van Diyk, Robertson, Oksleyd-Çemberleyn, Henderson, Milner, Salah, Firmino, Mane

"Roma": Alisson, Fazio, Manolas, Jesus, Florenzi, De Rossi, Strootman, Kolarov, Naynqolan, Cengiz, Ceko

07:47

Çempionlar Liqasında (ÇL) yarımfinal həyəcanı başlayır.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, bu gün mərhələnin ilk oyunu keçiriləcək.

Sürpriz şəkildə yarımfinala qədər irəliləyən "Liverpul"la "Roma" final yolunda ilk duelə çıxacaq. Öncəki mərhələdə müvafiq olaraq turnirin favoritləri "Mançester Siti" və "Barselona"nı yarışdan kənarlaşdıran komandaların mübarizəsi bir çox məqamla diqqət çəkir. "Qırmızılar"ın qol "silahı" Məhəmməd Salah sabiq klubuna rəqib olacaq.

ÇL tarixinin ən uğurlu komandalarından sayılan "Liverpul" 10 ildən sonra yarımfinal həyəcanı yaşayacaqsa, "Roma" buna qədər birinci və sonuncu dəfə 1984-cü ildə bu mərhələdə çıxış etmişdi. Maraqlıdı ki, həmin vaxt finalda məhz bu iki komanda qarşılaşmış və Romadakı görüşdə penaltilər seriyasındakı dəqiqlik hesabına ingilislər kuboku qazanmışdılar.

İtalyanlar səfərə iki futbolçu - Qreqorye Defrel və Rik Karsdorpsuz yollanıb. Yurgen Kloppun komandasında itki daha çoxdu. Belə ki, Natanyel Klayn, Joel Matip, Adam Lallana və Əmrə Can bir müddətdi komandaya kömək edə bilmirlər.

Çempionlar Liqası

Yarımfinal (ilk oyun)

24 aprel

22:45. "Liverpul" (İngiltərə) - "Roma" (İtaliya)

Baş hakim: Feliks Brix (Almaniya)

Liverpul, "Enfild Roud" stadionu

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.