İdman

Azərbaycan gimnastları "AGF Junior Trophy"nin finallarına vəsiqə qazanıblar

23 Aprel 2018 23:31
Baxış: 668
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan gimnastları yeniyetmələr arasında Bakıda keçirilən bədii gimnastika üzrə "AGF Junior Trophy"nin bütün dörd finalında iştirak edəcəklər.

Milli.Az Trend-ə istinadən bildirir ki, təsnifat yarışlarının nəticələrinə əsasən Arzu Cəlilova gürz və lentlə hərəkətlər üzrə finala çıxıb, Nərminə Səmədova - topla hərəkətlər üzrə finala çıxıb, Darya Farşbafşəhriyari - halqa ilə hərəktlər üzrə finala vəsiqə qazanıb.

Qeyd edək ki, "AGF Junior Trophy" beynəlxalq turnirinin final mərhələsi aprelin 24-ü keçiriləcək.

Bakıda Milli Gimnastika Arenasında gənc bədii gimnastların iştirakı ilə "AGF Junior Trophy" adlı beynəlxalq turnirə start verilib.

Gənc bədii gimnastlar böyük gimnastları qabaqlayaraq 23-24 aprel tarixlərində fəxri kürsünün ilk pillələrinə qalxmaq uğrunda mübarizə aparacaqlar. Bu turnirdən dərhal sonra eyni məkanda bədii gimnastika üzrə Dünya Kuboku baş tutacaq.

Beynəlxalq Gimnastika Federasiyasının (FIG) qaydalarına əsasən, turnir iştirakçıları 2003-2005-ci il təvəllüdlü gimnastların yaş qrupunda yarışacaqlar.

Gənc idmançılar bu turnirdə yalnız fərdi çıxış proqramı üzrə öz qüvvələrini sınayacaqlar. İki günlük yarışlar zamanı komanda hesabı və ayrı-ayrı alətlər üzrə qaliblər müəyyənləşəcək.

Qeyd edək ki, "AGF Junior Trophy" turniri 2018-ci ilin 1-3 iyun tarixlərində İspaniyanın Quadalaxara şəhərində baş tutacaq bədii gimnastika üzrə Avropa çempionatı formatında təşkil ediləcək. Bu da gənc gimnastlara Avropa çempionatında öz həyəcanlarına qalib gələrək daha inamlı çıxışlar nümayiş etdirmək və çıxış proqramlarını təkmilləşdirmələri üçün şans yaradacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.