İdman

PSJ, İngiltərə, “Monako” – Venger hara gedir?

23 Aprel 2018 23:12
1 Şərh     Baxış: 1 268
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Mövsümün sonunda "Arsenal"dan ayrılacağı dəqiqləşən baş məşqçi Arsen Venger karyerasını bitirmək niyyətində deyil.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, fransız mütəxəssis bir neçə variantı dəyərləndirə bilər.

İddialardan ilkinə görə, Venger yığma komandalarda çalışmağa "isti" yanaşır. 2016-cı ildə o, İngiltərə millisinin baş məşqçisi postunda Roy Hodsonu əvəzləməkdə maraqlı idi.

Digər ehtimala görə, PSJ Vengeri idman direktoru vəzifəsinə gətirmək istəyir. "Le Parisien" də bu iddianı təsdiqləyib.

Həmçinin, 68 yaşlı çalışdırıcının Leonardu Yardimdən sonra "Monako"nu və ya Sem Ellardays ayrıldıqdan sonra "Everton"u çalışdırmaq imkanları da var.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.