İdman

Rəşad Sadıqovun 7-ci çempionluğu

23 Aprel 2018 20:55
0 Şərh     Baxış: 695
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Qarabağ"ın kapitanı Rəşad Sadıqov öz rekordunu yeniləyib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu il 36 yaşı tamam olacaq müdafiəçi karyerasında 7-ci dəfə Azərbaycan çempionu olub. Dalbadal 5 dəfə (2013-14, 2014-15, 2015-16, 2016-17, 2017-18) Ağdam klubu ilə çempionluq sevinci yaşayan təcrübəli futbolçu 2003-04 və 2004-05 "Neftçi"də çıxış edərkən də qızıl medala layiq görülüb.

Qeyd edək ki, Azərbaycan milli çempionatlar tarixində ən çox çempionluq qazanan futbolçu isə Mahmud Qurbanovdur. Karyerasını bir neçə il əvvəl başa vuran Qurbanov düz 12 dəfə ölkə çempionu olub (3 dəfə "Kəpəz", 3 dəfə "Şəmkir", 3 dəfə "Neftçi", 1 dəfə "Xəzər Lənkəran", 1 dəfə "İnter", 1 dəfə "Bakı"nın heyətində).

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.