İdman

Cüdoçularımızdan Afrika kubokunda 15 medal

23 Aprel 2018 16:29
0 Şərh     Baxış: 644
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Tunisdə yeniyetmə cüdoçular arasında Afrika kuboku uğrunda beynəlxalq turnir keçirilib.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, oktyabrda Argentinada baş tutacaq yeniyetmələrin Olimpiadasına lisenziya xalları verən yarışda Azərbaycan cüdoçuları 5 qızıl, 6 gümüş və 4 bürünc medal qazanıblar.

Belə ki, Vüsalə Kərimova (44 kq), Aytac Qardaşxanlı (48 kq), Mirağa Hacıyev (50 kq), Vüqar Talıbov (66 kq), Yaqub İsmayılzadə (90 kq) bütün rəqiblərinə qalib gələrək, çempion olublar. Səbinə Əliyeva (48 kq), Ülviyyə Bayramova (52 kq), Südabə Ağayeva (63 kq), Nicat Məmmədli (50 kq), İbrahim Ağakişiyev (81 kq), Toğrul Salmanov (+90 kq) gümüş, Fəridə Səfərova (52 kq), Zaməddin Poladov, Nəriman Mirzəyev (hər ikisi 60 kq) və Hacıbala Cəbrayılov (73 kq) bürünc medal qazanıblar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.