İdman

Formula 1 komandaları artıq Bakıdadır

23 Aprel 2018 12:59
Baxış: 1 353
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

2018-ci il 27-29 aprel tarixlərində Bakıda keçiriləcək Formula 1 Azərbaycan Qran Prisində iştirak edəcək komandalar artıq şəhərimizə gəlməyə başlayıb.

Milli.Az bildirir ki, bunu Trend-ə Bakı Şəhər Halqasının Marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai deyib.

N.Arpadarai bildirib ki, komandaların nümayəndələri artıq Bakıdadır, pilotlar isə bir neçə günə gələcək. Bir neçə gün ərzində həm komandaların, həm də pilotların hamısının gəlməsi nəzərdə tutulub.

O qeyd edib ki, komandaların avadanlıqları da Bakıya gətirilir. Bu həftə içində böyük logistika işləri həyata keçirilməlidir, çünki hər bir komanda öz avadanlığını gətirir.

N.Arpadarai əlavə edib ki, bütün işlər qrafikə uyğun həyata keçirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.