İdman

Nazarovun qolu məğlubiyyətdən qaçmağa yetmədi

22 Aprel 2018 19:25
0 Şərh     Baxış: 604
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan millisinin futbolçusu Dmitri Nazarov Almaniya çempionatında növbəti oyununu keçirib. Milli.Az apasport.az-a istinadən xəbər verir ki, "Erzgebirge" klubunun yarımmüdafiəçisi II Bundesliqanın XXXI turunun iştirakçısı olub.

O, komandasının "Duysburq"la ev matçında meydana çıxıb. Start heyətində yer alan Nazarov sona qədər meydanda olub. Onun komandası bu qarşılaşmada 1:3 hesabı ilə məğlub olub.

Dmitri matçın 83-cü dəqiqəsində hesab 0:2 olarkən fərqi azaltsa da, sonradan daha bir qol buraxan Aue təmsilçisi məğlubiyyətlə barışmalı olub.

Bu məğlubiyyətdən sonra "Erzgebirge" 31 oyunda 39 xal toplamaqla, turnir cədvəlinin 13-cü pilləsində qərarlaşıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.