İdman

Levandovskidən yeni rekord

22 Aprel 2018 11:20
0 Şərh     Baxış: 1 088
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Almaniyanın "Bavariya" klubunun futbolçusu Robert Levandovski yeni rekorda imza atıb.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, polşalı Bundesliqada eyni klubun heyətində ən çox qol vuran legioner adına yiyələnib.

O, belə uğura "Hannover"lə səfər matçındakı qolu ilə çatıb. Belə ki, 3:0 hesablı qələbəyə 1 topla töhfə verən Robert "Bavariya"nın heyətində Bundesliqadakı qol sayını 105-ə yüksəldib.

Levandovski bununla da perulu Klaudio Pizarronun rekordunu yeniləyib. Cənubi amerikalı "Verder"də 104 qol vurub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.