İdman

“Mançester Yunayted” “Arsenal”a çatdı

22 Aprel 2018 10:19
0 Şərh     Baxış: 1 148
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Mançester Yunayted" İngiltərə kubokunda 20-ci dəfə finala yüksəlib.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, "Tottenhem"i 2:1 yenən mançesterlilər bununla da turnirin rekorduna şərik olub.

Belə ki, indiyədək buna ən çox nail olan "Arsenal" final həyəcanı yaşayıb. London klubu 13 dəfə kuboku başı üzərinə qaldırıbsa, 7 dəfə finalda uduzub.

Eyni sayda məğlubiyyəti olan "Mançester Yunayted" isə 12 kuboku qazanıb. 20-ci finala yüksəlməklə "Arsenal"ın bir rekordunu təkrarlayan komanda həlledici matçdakı qələbə ilə daha bir göstəricidə şərik ola bilər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.