İdman

"Gələnlər gedənlərin yerini doldura bilmədilər" - "Zirə"nin məşqçisi

21 Aprel 2018 23:31
0 Şərh     Baxış: 669
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"İlk hissə uşaqlar tam da olmasa, onlara verilən tapşırıqları yerinə yetirdilər. İkinci hissədə isə heç nədən 2 qol buraxdıq. Çox çalışsaq da, hesabı xeyrimizə dəyişə bilmədik".

Milli.Az "Report"a istinadən bildirir ki, bunu "Zirə"nin məşqçisi Elnur Çodarov səfərdə "Keşlə"yə 1:2 hesabı ilə uduzduqları Topaz Premyer Liqasının XXIV tur matçından sonra mətbuat konfransında deyib.

Cəzalı Ayxan Abbasovun yoxluğunda media önünə çıxan gənc mütəxəssis sualları da cavablandırıb...

Ayxan Abbasov həmişə deyirdi ki, qol fürsətləri olsa da, dəyərləndirə bilmirik. Bu oyunda isə qol fürsəti də görmədik...

- Elə deməzdim. İlk hissədə rəqib qapısı qarşısında iki yaxşı fürsətimiz oldu. İkinci hissədə də həmçinin.

Komanda artıq 10 oyundur qələbəyə həsrətdir. Klub rəhbərliyinin buna münasibəti necədir?

- Rəhbərliklə görüşmüşük. Deyiblər ki, "arxayın olun, arxanızdayıq". Rəhbərlik bizə inanır.

Rəhbərliyin sizi arxayın etməsi, komandada arxayınçılıq yaratmır?

- Rəhbərliyin bizə inanması bizdə özünəinamı daha da artırır. Buna görə, onlara təşəkkür edirəm.

Komandanın qalib gələ bilməməsində əsas səbəb nədir?

- Qışda komandada bir neçə dəyişiklik oldu. Gələnlər gedən futbolçuların yerlərini doldura bilmədilər. Bunun da rolu az olmadı.

Elşən Abdullayev ən perspektivli futbolçulardan sayılsa da, "Zirə"də özünü göstərə bilmir...

- Ona inanmışıq. Buna görə komandaya dəvət etmişik. Öz üzərində çalışır, istək var. Bir az uyğunlaşmayla bağlı problemi mövcuddur. Ancaq tənbəl deyil. Lakin oyun baxımından kollektivə uyğunlaşa bilmir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.