İdman

"Futbolçulara deyirəm ki, çıxın, özünüzü göstərin" - "Keşlə"nin baş məşqçisi

21 Aprel 2018 23:31
0 Şərh     Baxış: 673
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Kubok oyunundan sonra komandada bir qədər yorğunluq, boşalma var idi. Buna görə, bəzi futbolçulara istirahət verdim. Meydana çıxan futbolçular özlərini yaxşı tərəfdən göstərdilər. Buna görə onlara təşəkkür edirəm".

Milli.Az "Report"a istinadən bildirir ki, bunu "Keşlə"nin baş məşqçisi Yuri Maksimov evdə "Zirə"ni 2:1 hesabı ilə yendikləri Azərbaycan Premyer Liqasının XXIV tur matçından sonra mətbuat konfransında deyib. Ukraynalı mütəxəssis jurnalistlərin suallarını da cavablandırıb...

Bu oyunda əvəzetmələriniz həlledici rol oynadı...

- Son 10 gündə 4 oyun keçirmişik. Çalışırıq ki, təcrübəli oyunçularla yanaşı, gənc futbolçulara da şans verək.

Vaqif Cavadovun qolundan sonra üzünüzü qapıçılar üzrə məşqçi Cəmaləddin Əliyevə tutaraq, "gördün?" dediniz...

- Bu, taktika ilə bağlı olan məsələ idi. Vaqifin qol duyumu ona fərqlənmək üçün imkan verdi.

"Keşlə" avrokuboklara çıxsa, komandada qalacaqsız?

- Müqavilənin sonuna kimi buradayam. Bundan sonra rəhbərliklə müzakirəmiz olacaq.

Demək olarmı ki, komandanız çempionatda öz vəzifəsini yerinə yetirib?

- Çempionatda oyunlara qələbə üçün çıxırıq. Futbolçuların çoxunun komanda ilə müqaviləsi bitir. Lakin mən onlara deyirəm ki, çıxın, özünüzü göstərin. Yaxşı oyun sərgiləmək yeni klubların diqqətini çəkmək üçün də əsasdır.

Komandaya "Sumqayıt"la oyuna görə vəd edilmiş mükafat verilib?

- Xeyr, hələ verilməyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.