İdman

“Vəziyyətdən çıxış yolu görmədim” - Şəhriyar Məmmədyarov

21 Aprel 2018 20:47
0 Şərh     Baxış: 1 051
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Bu dəfə heç-heçələr çoxluq təşkil edir. Lakin şahmatda belə hallar təsadüf olunur".

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, bunu Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov deyib.

Vüqar Həşimovun xatirəsinə həsr olunan ShamkirChess 2018 superturnirinin III turunda rusiyalı Sergey Karyakinlə heç-heçə edən qrossmeysterimiz oyun haqda fikirlərini açıqlayıb: "Təəccüblənmək lazım deyil. Karyakinə qarşı ciddi hazırlaşmışdım. Sadəcə üstünlük qazanmağa imkan olmadı. Bir sıra variantlar üzərində düşündüm, vəziyyətdən çıxış yolu görmədim. Bir-birimizi yaxşı tanıyırıq. Amma bütün sirrlərimi bilmir. Biz Sergeylə debütlər üzərində işləməmişik. Ancaq şahmat oynamışıq, çətin vəziyyətlərdən çıxış yolunu müzakirə etmişik. Debütlərimizi bir-birimizə söyləməmişik".

Məmmədyarov ShamkirChess 2018 superturnirində heç-heçələrin çoxluq təşkil etməsini belə şərh edib: "2007-ci ildə Bolqarıstanda turnirdə iştirak edirdim. Çoxlu sayda heç-heçələr qeydə alınmışdı. Təsəvvür edin son turda axırıncı yerdəki şahmatçı liderdən yarım xal geri qalırdı. Yəni lider uduzsa, autsayder qələbə qazanmaqla yarışın qalibi olurdu. Fikrimcə Şəmkirdəki partiyalar maraqlıdır. Sadəcə məhsuldar alınmır. Amma növbəti oyunlarda qələbə və məğlubiyyətlər də olacaq".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.