İdman

Alquasil "Real Soceidad"da 48 il öncəki nəticəni təkrarladı

20 Aprel 2018 18:54
0 Şərh     Baxış: 599
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İspaniya La Liqasının 33-cü turunda "Atletico Madrid"lə qarşılaşan "Real Soceidad" proqnozların əksinə olaraq 3:0 hesablı qələbə qazanıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, bask klubu İmanol Alquasilin baş məşqçi postuna təyinatından sonra keçirdiyi 4 oyunda 3 dəfə meydanı qalib tərk edib. Bu oyunlarda 9 qol vuran San Sebastyan təmsilçisi qapısını toxunulmaz saxlayıb. Alquasil martın 18-i "Getafe"yə 1:2 hesablı məğlubiyyətdən sonra istefa verən Eusebio Sakristanı əvəzləmişdi. İmanol "Real Soceidad"da ilk 4 oyununda qol görməyən 2-ci baş məşqçidir. İlk dəfə buna 1970-ci ildə Sequrola nail olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.