İdman

Firmino bu statistikaya görə bəzi müdafiəçiləri qabaqlayır

20 Aprel 2018 19:06
0 Şərh     Baxış: 581
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Liverpool-un hücumçusu Roberto Firmino bu mövsüm İngiltərə Premyer Liqasında 62 dəfə rəqibdən topu alıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, braziliyalı futbolçu bu baxımdan 20-ci sıradadır. Hücumçulardan Firminonu yalnız Swansea City-nin forvardı Cordan Ayu qabaqlayır. Maraqlıdır ki, "sambaçı" top qazanmağa görə bir sıra müdafiəçi və yarımmüdafiəçiləri də geridə qoyur. Bunların arasında Şkodran Mustafi, Naço Monreal, Loran Kosilni (Arsenal), Erik Dayer, Davinson Sançez (Tottenham), Nikolas Otamendi, Kayl Uoker (Manchester City), Antonio Valensiya, Kris Smollinq (Manchester United) də var.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.