İdman

"Mən Kərimin yerinə olsam, çox çalışıb onları susdurardım"

20 Aprel 2018 20:06
1 Şərh     Baxış: 1 278
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Real Madrid" son oyunda evində "Atletik"dən çətinliklə də olsa bərabərliyi qopardı.

Milli.Az xəbər verir ki, matçın nəticəsindən çox azarkeşlərin Kərim Benzemanı fitə basmaqları danışılıb.

Fransız hücumçu topla hər "görüşdüyündə" "Real" fanatları ona təzyiq göstərməyə çalışırdılar. Oyunun gedişatında isə Kərim qol vurmadan meydanı tərk edib.

Madrid təmsilçisinin digər oyunçusu Marselo isə Benzamanın olanlara yalnız bir üsulla cavab verə biləcəyini bildirib:

"Mən kimisə tənqid etmək hüququna malik deyiləm. Bütün komanda yoldaşlarımı dəstəkləyirəm. Əgər məni fitə bassaydılar, mən yalnız bir şeyi edərdim - daha çox çalışardım. Öz oyunumu yaxşılaşdırıb, mənə etiraz edənləri susdurardım".

Adil Nəcəfov
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.