İdman

"Qarabağ"a qol vuran "Kopenhagen" futbolçusuna şok - Yarım metrədən boş qapıya vura bilmədi - VİDEO

20 Aprel 2018 09:48
0 Şərh     Baxış: 1 408
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Danimarka Superliqasında həm maraqlı, həm də qəribə hadisə baş verib.

Milli.Az xəbər verir ki, "Kopenhagen"in hücumçusu Federiko Santander yarım metr məsafədən boş qapıya qol vura bilməyib.

Əksər idman şərhçiləri "Olborq"a qarşı hazırlanmış hücum haqda bu sözləri deyiblər:

"Hücum o qədər ideal idi ki, hətta futbolla maraqlanmayan biri də o vəziyyətdə topu qapıdan keçirə bilərdi. Bəlkə də ilin ən dramatik epizodudur".

Qeyd edək ki, bu mövsüm Çempionlar Liqası pley-off mərhələsinin cavab oyununda Santander "Qarabağ"ın qapısına yol tapmağı bacarmışdı, amma bu belə komandasına kömək olmamışdı.

Həmin anın görüntülərini təqdim edirik:

Adil Nəcəfov
Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.