İdman

Şenol Günəşin başı yarıldı, İstanbul derbisi yarımçıq dayandırıldı - VİDEO - FOTO

20 Aprel 2018 08:10
4 Şərh     Baxış: 3 575
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyə Kubokunun yarımfinal mərhələsi çərçivəsində "Fənərbağça" ilə "Beşiktaş" arasında keçirilən cavab görüşü yarımçıq dayandırılıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, buna səbəb azarkeşlərin meydana əşyaların atması olub.

"Beşiktaş" komandasının baş məşqçisi başından xəsarət alıb və meydançanı tərk edib. Başı yarılan Günəşə dərhal ilkin tibbi yardım göstərilib və başına 5 tikiş qoyulub.

57-ci dəqiqədə hesab 0:0 olarkən Mete Kalkavan qarşılaşmanı təxirə salıb.

Qeyd edək ki, "Beşiktaş"ın braziliyalı müdafiəçisi Pepe görüşün 30-cu dəqiqəsində kobud hərəkətə görə qırmızı vərəqə almışdı.

Xatırladaq ki, komandalar arasında baş tutan ilk qarşılaşmada 2:2 hesabı ilə yekunlaşmışdı.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Şenol Günəşin başı yarıldı, İstanbul derbisi yarımçıq dayandırıldı

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.