İdman

“Qəbələ” klubu beynəlxalq cüdo turnirinin qalibi olub

19 Aprel 2018 23:24
0 Şərh     Baxış: 893
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakı İdman Sarayında şəhid polkovnik-leytenant Raquf Orucovun xatirəsinə həsr olunmuş "Raquf Orucov Kuboku" ikinci beynəlxalq cüdo turniri başa çatıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, turnirdə Bakını və bölgələrimizi təmsil edən yaşı 21-dək olan oğlan və qızlardan ibarət komandalarla yanaşı, Rusiya və Gürcüstandan gələn cüdo klubları da iştirak ediblər.

Turnirin final görüşündə "Judo Club 2012" və "Qəbələ" klubları qarşılaşıblar. Daha yaxşı çıxış edən "Qəbələ" klubunun yeniyetmə cüdoçuları 5:1 hesabı ilə qalib gələrək "Raquf Orucov Kuboku"na sahib olublar.

Bürünc medallara "Atilla-1" və Gürcüstan komandaları layiq görülüblər.

Qaliblərə mükafatlar və qiymətli hədiyyələr təqdim olunub.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.