İdman

“Şəhriyara uduzsaydım çox məyus olardım” - Maqnus Karlsen

19 Aprel 2018 22:43
0 Şərh     Baxış: 726
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Vüqar Həşimovun xatirəsinə həsr olunan "ShamkirChess 2018" superturnirinin I turunda Şəhriyar Məmmədyarov dünya çempionu Maqnus Karlsenlə  heç-heçə edib.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, görüşdən sonra norveçli şahmatçı ilk turda məğlubiyyət barədə düşünmədiyini bildirib.

O deyib ki, maraqlı, amma təhlükəli olmayan partiya keçib: "Səhvlərə imkan verilmədi. Uduzsaydım çox məyus olardım. Rəqib ehtiyatlı və diqqətli oynayırdı. Fikrimcə, növbəti turlarda da diqqətli olmaq lazımdı. Reytinq bizi aldatmalı deyil. Bütün rəqiblər xal qazanmaq istəyir. Ona görə sürpriz etməmək üçün diqqətli olmaq lazımdı".

Dünya çempionu mərhum şahmatçı Vüqar Həşimov barədə suala cavabında 2008-ci ildə Bakıda keçirilən FİDE Qran-Pri turnirini xatırlayıb: "Vüqarın yoxluğu barədə xəbər məni çox sarsıtdı. 2008-ci ildə Bakıda FİDE Qran-Pri turnirində rəqib olmuşuq. Həşimov çətin vəziyyətlərdən məharətlə çıxmağı bacarırdı. Həmin turnirdə Vüqara qarşı üstünlüyüm var idi, amma vəziyyəti ustalıqla dəyişdi. Nəticədə üstün olduğum oyunda heç-heçə qeydə alındı. Yekunda Qran-Pridə Vüqarla 1-2-ci yerləri bölüşdürdük. Çox güclü şahmatçı olub. Hətta məğlubiyyət qaçılmaz olduğu partiyalarda nəticəni dəyişirdi".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.