İdman

Azərbaycanlı idmançı Saulu döydü

19 Aprel 2018 22:42
0 Şərh     Baxış: 1 486
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanın və "Qəbələ" İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə növbəti döyüşünü keçirib.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, 32 yaşlı idmançı Rusiyanın Yekaterinburq şəhərində təşkil olunan "Extra Round" seriyalı turnirdə qüvvəsini sınayıb.

Atakişiyev "Extra Round 7" şousunun 9-cu döyüşündə rinqə çıxıb. Superağır çəki dərəcəsində (+90,7 kq) mübarizə aparan Zamiq Boliviya idmançısı Saul Farah ilə 6 raundluq döyüşdə üz-üzə gəlib. Peşəkar rinqdə 6-cı sınağına çıxan təmsilçimiz zəngin təcrübəyə malik (65 qələbə, 3 heç-heçə, 23 məğlubiyyət) cənubi amerikalını məğlub edib.

Saulun döyüşü davam etdirməkdən imtinası Atakişiyevin texniki nokautla qalib gəlməyini rəsmiləşdirib. Bu, hesabında 1 heç-heçə olan boksçumuzun 5-ci qələbəsi olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.